DÇ-2018: Uruqvay və Fransa 1/4 finalda Yenilənib

Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə start veriləcək.

Newsport.az-ın məlumatına görə,
ilk oyun günündə iki görüş keçiriləcək.

Mundialın favoritlərindən sayılan Fransa Lionel Messinin kapitanı olduğu Argentina millisi ilə üz-üzə gələcək. Ulduz futbolçuların cəmləşdiyi yığmaların oyunu maraqla gözlənilir.

Digər görüşdə isə Uruqvay və Portuqaliya milliləri qarşılaşacaq. Qrup mərhələsində keçirdiyi 3 oyunda qol buraxmadan lider kimi pley-offa yüksələn cənubi amerikalılar Kriştiano Ronaldonun komandası ilə görüşdə də uğurlu seriyasını dava etdirməyə çalışacaq. Qrupdan çətinliklə çıxan Priney təmsilçisi də qələbə əzmindədir.


DÇ-2018

1/8 final

30 iyun

22:00. Uruqvay – Portuqaliya - 2:1 
Qollar: 
Kavani, 7 (1:0), Pepe, 55 (1:1), Kavani, 62 (2:1)
Baş hakim: Sezar Arturo Ramos (Meksika)
Soçi, “Fişt Stadionu”

18:00. Fransa – Argentina - 4:3
Qollar: 
Qrizmann, 13-pen (1:0), di Mariya, 41 (1:1), Merkado, 48 (1:2), Pavar, 57 (2:2), Mbappe, 64 (3:2), 68 (4:2), Aquero, 90+3 (4:3)
Baş hakim: Alirza Fagani (İran)
Kazan, “Kazan Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right