“Qəbələ” Sloveniyada 10-cu gününü bir məşqlə başa vurdu

“Qəbələ” 2018/19 mövsümünə hazırlığı davam etdirir.

Newsport.az-ın məlumatına görə, komanda Sloveniya toplanışının 10-cu gününü başa vurub. “Qırmızı-qaralar” günü bir məşqlə yekunlaşdırıb.

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə dünən keçirilən yoxlama oyununda (0:2) meydana çıxan futbolçular bərpaedici, fiziki çalışmaları yerinə yetirib. Matçda oynamayan futbolçular isə öncə fiziki hazırlıq keçib, ardınca toplu çalışmaları icra edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right