“Fəxr edirəm ki, ərdəbilliyəm, azəriyəm, türkəm”

Bu gün sosial şəbəkələrdə İran millisinin futbolçusu Kərim Ansarifardla bağlı maraqlı video yayılıb.

Newsport.az-ın xəbərinə görə, bu video bir müddət əvvəl İran telekanallarından birində yayılıb (video xəbərin sonunda). Verilişlərdən birində qonaq olan Kərim Ansarifard Azərbaycan türkü olmağıyla fəxr etdiyini deyir:

“Mənə iftaxırdır ki, ərdəbilliyəm, azəriyəm, türkəm. Hər yerdə də demişəm ki, mən Ərdəbil uşağıyam” – deyə o bildirib.

Qeyd edək ki, İran millisinin əsas oyunçusu olan Kərim Ansarifard 1990-cı ilin aprelin 3-də Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Millinin əsas oyunçusu olan Kərim DÇ-2018-də qrupun hər üç oyununda iştirak edib. O, Portuqaliya – İran matçının (1:1) 90-cı dəqiqəsində penaltidən komandasının yeganə qolunu vurub.

Hazırda Yunanıstanın “Olimpiakos” klubunda çıxış edən Kərim 2011-ci ildə İranda ilin idmançısı seçilib.

 



 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right