Emenikeden Maradonaya sərt reaksiya "Qoca axmaq, səni tutsam..."

Nigeriya millisinin sabiq hücumçusu Emmanuel Emenike dünya futbolunun əfsanəvi siması hesab edilən Dieqo Armando Maradonaya sərt sözlər səsləndirib.

 

Newsport.az xəbər verir ki, DÇ-2018-in qrup mərhələsinin son matçında Argentina Nigeriyaya qalib gəlməklə 1/8 finala yüksəlmişdi. Markos Roxonun 86-cı dəqiqədə vurduğu qələbə qolundan sonra tribunada oyunu izləyən Maradonanın jesti gündəmdən düşmədi. Emenike 57 yaşlı mütəxəssisin bu hərəkətinə münasibət bildirib: "Maradona həyatımda gördüyüm ən böyük axmaqdır. Onun bu jesti nə deməkdir? FIFA bunu görməlidir! Qoca axmaq! Ümid edirəm Nigeriyada əlimə düşərsən. Səni tutsam..."

 

Qeyd edək ki, "Olimpiakos"da çıxış edən 31 yaşlı Emenike 2015-ci ildə milli karyerasını başa vurub.

 

Image result for maradona nigeria





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right