41 yaşlı hücumçu 27-ci dəfə transfer oldu

Uruqvaylı hücumçu Sebastian Abrey karyerasında 27-ci fərqli klubda çıxış edəcək.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı hücumçu Çili II Liqasında mübarizə aparan "Maqallenis"in formasını geyəcək. Abrey futbolda keçirdiyi 23 il ərzində 27-ci klubuna transfer olunub. 

Abreyin transferlərinə xərclənən ümumi məbləğ isə cəmi 6,55 milyon-funt sterlinqdir.

Sebastian Abrey 2010-cu ildə dünya çempionatında Uruqvay millisi ilə oyunlara çıxıb və həmin il Kopa Amerika kubokunun da sahibi olub.

Dünyada ən çox transfer olunan sabiq ingiltərəli futbolçular - Benjamin Trevor və Con Barricdir (29 dəfə).

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right