"Neftçi" Rumıniya klubu ilə oyuna hazırlaşır

"Neftçi” Türkiyədəki təlim-məşq toplanışını davam etdirir.

Newsport.az-ın məlumatına görə, komanda hazırlığın 6-cı günündə səhər məşqinə çıxıb. Fiziki və standart vəziyyətlər üzərində qurulan məşqdə bütün futbolçular iştirak ediblər. Günün hazırlığı axşam məşqi ilə başa çatacaq.

"Neftçi” növbəti yoxlama görüşünü sabah keçirəcək. Rumıniyanın "Dunarea Kalarası” klubu ilə oyun saat 17:00-da (Bakı vaxtı ilə 18:00) komandamızın məskunlaşdığı "Fenerbahce Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right