"Söz verirəm ki, Fransa üçün asan oyun olmayacaq" – Messi

"Balanslı oyun idi. Birinci hissədə topa daha çox nəzarət edirdik. Hətta qol epizodlarımız oldu. İkinci hissədə penaltidən rəqib fərqləndi və biz əsəbiləşməyə başladıq. Bizim üçün vaxt uçurdu. İlk hissə ilə müqayisədə daha çox hücum etməyə başladıq. Buna görə ikinci qolu vurduq".

Newsport.az-ın məlumatına görə,  bu sözləri Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2018-in qrup mərhələsində Nigeriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, çox əziyyət çəkdiklərini bildirib: "Çətin oyun idi. Roxo qol vurduqdan sonra rahatladıq. Bundan əvvəl yaxşı oynamamışdıq. Əsas odur ki, məqsədimizə çatdıq. Belə əziyyət çəkəcəyimizi düşünmürdük.  Təəssüf ki, çətin idi, amma növbəti mərhələyə keçdik".

L.Messi 1/8 finalda qarşılaşacaqları Fransa millisi haqda da danışıb: "Bəli, əlbəttə, biz bütün oyunlara baxırıq. Fransada çox yaxşı oyunçular var. Müdafiə, yarımmüdafiə və hücum xətti güclüdür. Onlar çox sürətlidirlər. “Barselona”dan bir neçə fransız oyunçunu tanıyıram. Onlara qarşı nə edəcəyimi bilirəm. Söz verirəm, Fransa üçün asan oyun olmayacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right