DÇ-2018: Braziliya və İsveçrə 1/8 finalda, Almaniya qrupda qaldı Yenilənib

Bu gün DÇ-2018-in daha iki qrupuna yekun vurulur.

Newsport.az-ın məlumatına görə, əvvəlcə F qrupunun oyunları keçirilib.

Bu qrupda mundialın sensasiyası qeydə alınıb. Dördqat dünya çempionu Almaiya millisi gözlənilmədən Cənubi Koreyaya 0:2 hesabı ilə uduzaraq qrupda qalıb. Bundestim qrup sonuncusu olub.

Digər görüşdə isə İsveç və Meksika milliləri üz-üzə gəlib. Oyun skandinaviyalıların böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.

Beləliklə, qrupda müqaviq olaraq 1-ci və 2-ci yerləri tutan İsveç və Meksika pley-offa yüksəlib.

F qrupunda isə Serbiya Braziliyanı, İsveçrə isə Kosta-Rikanı qəbul edir. Burada 3 komandanın pley-offa çıxmaq şansı var. Yalnız Kosta-Rika bu imkana malik deyil. 



Dünya çempionatı

III tur

27 iyun

E qrupu

Serbiya – Braziliya - 0:2 
Qol
: Paulinyo, 36, Tiaqo Silva, 68
Baş hakim: Alireza Faqani (İran)

Moskva. “Spartak” stadionu

 

İsveçrə - Kosta-Rika - 2:2 
Qol:
 Cemaili, 31 (1:0), Vaston, 56 (1:1), Drmiç, 88 (2:1), Ruiz, 90+3-pen. (2:2)
Baş hakim: Klemen Turpin (Fransa)
Nijni Novqorod. Mərkəzi stadion

 

1.

Braziliya

3

2

1

0

5:1

7

2.

İsveçrə

3

1

2

0

5:4

5

3.

Serbiya

3

1

0

2

2:4

3

4.

Kosta Rika

3

1

0

2

2:5

1

 

 

F qrupu

Cənubi Koreya – Almaniya - 2:0
Qollar:
 Kim Yonq Qvon, 90+4, Son Hun Min, 90+6
Baş hakim: Mark Geyger (ABŞ)
Kazan. “Kazan Arena”

Meksika – İsveç - 0:3
Qollar
: Avqustinsson, 50, Qranqvist, 62-pen. Alvarez, 74-avtoqol
Baş hakim: Nestor Pitana (Argentina)
Yekaterinburq. “Yekaterinburq Arena”
 

1.

İsveç

3

2

0

1

5:2

6

2.

Meksika

3

2

0

1

3:4

6

3.

Cənubi Koreya

3

1

0

2

3:3

3

4.

Almaiya

3

1

0

2

2:4

3

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right