Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Keşlə”nin rəqibi olan “Baltsan” klubu yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, Sloveniyada təlim-məşq toplanışında olan Malta təmsilçisi Makedoniyanın “Vardar” klubu ilə qarşılaşıb. Görüş “Baltsan”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Keşlə” “Baltsan”la ilk oyununu iyulun 12-də səfərdə keçirəcək.