"Roma" PSJ-nin futbolçusunu transfer etdi

"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Xavyer Pastoreni transfer edib. "Canavarlar" 29 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Pastore yeni klubunda 27 nömrəli formanı geyəcək.

"Roma" argentinalı yarımmüdafiəçinin transferinə görə Fransa klubuna 24,5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Pastore 2011-ci ildən PSJ-də çıxış edirdi. O, parislilərin heyətində meydana çıxdığı 179 oyunda 29 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right