"Rusiya yüksək səviyyədə oynayır" - Ramos

“1/8 finala qrup lideri kimi gedirik. Bu, bizim məqsədimiz idi”.

Newsport.az-ın məlumatına görə, bu sözləri İspaniya millisinin kapitanı Serxio Ramos “Maraca”ya açıqlamasında deyib.

Təcrübəli müdafiəçi Mərakeşlə oyunda (2:2) zəif çıxış etməsinə də toxunub: “Öz oyunum o qədər də uğurlu alınmadı. Milli komandadan oynayanda çox təhlükəli hücumlarla üz-üzə qalırsan. Buna görə də millidə daha ehtiyatlı olmalısan ki, səhv etməyəsən".
 

Ramos 1/8 finaldakı rəqibləri Rusiya ilə oyundan gözləntilərini də açıqlayıb: “Çətin olacaq. Ancaq ümid edirəm ki, Rusiyaya qarşı parlaq oyun nümayiş etdirəcəyik. Rusiya yüksək səviyyədə oynayır. Ancaq biz öz oyunumuzla diktə edə bilərik. Bunun mümkün qədər tez göstərkmək istəyirik”.

Qeyd edək ki, İspaniya – Rusiya oyunu iyulun 1-də keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right