Dünya futbolunda yeni rekord

Futbol üzrə dünya çempionatlarında yeni rekord qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Rusiyada təşkil olunmuş DÇ-2018-in qrup mərhələsi çərçivəsində bu dəqiqələrdə start götürən Səudiyyə Ərəbistanı - Misir matçında meydana çıxan Essam Əl Hadari mundiallarda iştirak edən ən yaşlı futbolçu kimi tarixə düşüb. Misirli qapıçı bu DÇ-dəki əvvəlki oyunlarda ehtiyatda qalsa da, baş məşqçi Hektor Kuper ona bu dəfə start heyətdə şans verib. Bəlkə də argentinalı mütəxəssis bununla sözügedən qapıçının məhz tarixə düşməsinə şərait yaratmaq məqsədi güdüb. Çünki ərəblərlə qarşılaşmanın onun komandası üçün heç biri əhəmiyyəti qalmayıb.

Qeyd edək ki, Əl Hadari bu gün 45 yaş, 161 günündədi. Ondan öncəki rekord da məhz qapıçı olan Fərid Mondraqona məxsus idi. Kolumbiyalı qolkiper 43 yaş, 3 günlüyündə olarkən mundial matçında meydana çıxmışdı. Bu, 2014-cü ildə Yaponiyaya qarşı keçirilən DÇ matçında qeydə alınmışdı. Mondraqon da həmin oyunda kamerunlu Rocer Milanın 20 illik rekordunu (DÇ-1994-də Rusiyaya qarşı 42 yaş, 1 ay, 8 günlüyündə) qırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right