Argentina 1/8 finalda, Xorvatiyadan maksimum nəticə Yenilənib

Bu gün DÇ-2018-in daha iki qrupun oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, keçirilən dörd oyunla 1/8 finalın növbəti iki iştirakçısı müəyyənləşib. D qrupunda pley-offa vəsiqəni təmiş etmiş Fransa Danimarka ilə qarşılaşıb. 

Skandinaviyalılara qrupdan çıxmaq üçün bir xal da bəs edirdi. Məğlubiyyət isə komandanın işini çətinə sala bilərdi. Qolsuz bərabərlik Fransanı lider, Danimarkanı isə qrup 2-cisi olaraq 1/8 final mərhələsinə çıxarıb. Növbəti mərhələdə Fransa D qrupunun 2-cisi, Danimarka isə həmin qrupun 1-cisi ilə qarşılaşacaq.

Qrupun eyni saatda başlayan digər oyununda isə Avstraliya və Peru milliləri üz-üzə gəliblər. Avstrailiyanın qələbə sayəsində 2-ci yerlə pley-offa çıxmaq şansı var idi. Autsayder perulular üçün isə bu görüş formal xarakter daşısa da, onlar mundiala inamlı qələbə ilə yekun vurublar - 2:0.

Əsas diqqətlər D qrupuna yönəlib. Burada Nigeriya Argentina, İslandya isə Xorvatiya ilə qarşılaşıb. Xorvatlar pley-offa yüksəldiyindən bu görüş İslandiya üçün daha əhəmiyyətlidir. İslandiya qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalı idi. Lakin xorvatlar ardıcıl üçüncü görüşdə də qələbəni bayram ediblər.
Messinin kapitan olduğu Argentina millisi 1/8-ə yüksəlmək üçün mütləq Nigeriyaya qalib gəlməli. Matçın startınada Messi hesabı açsa da, ikinci yarıda Nigeriya cavab qolu vurmağa müvəffəq olub. Lakin sona 4 dəqiqə qalmış vurulan qol Argentinanı 1/8 finala daşıyıb. 



D qrupu

Nigeriya - Argentina - 1:2 
Qollar: 
L. Messi, 14 (0:1), V. Mozes, 51-penalti (1:1), Roxo, 86 (1:2)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

 

İslandiya - Xorvatiya - 1:2 
Qollar: 
M. Badel, 53 (0:1) Siqurdsson, 76-pen (1:1), Perişiç, 90 (1:2)
Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)
Rostov-Don, "Rostov Arena"   


 

1.

Xorvatiya

3

3

0

0

7:1

9

2.

Argentina

3

1

1

1

3:5

4

3.

Nigeriya

3

1

0

2

3:4

3

4.

İslandiya

3

0

1

2

2:5

1

 



C qrupu

Danimarka - Fransa - 0:0
Baş hakim:
 Sandro Riççi (Braziliya)
Moskva, "Lujniki" stadionu

 

Avstraliya - Peru - 0:2
Qollar: 
Karrilyo, 18 (0:1), Gerreyro, 50 (0:2)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Soçi, "Fişt" stadionu

 

1.

Fransa

3

2

1

0

3:1

7

2.

Danimarka

3

1

2

0

2:1

5

3.

Peru

3

1

0

2

2:2

3

4.

Avstraliya

3

0

1

2

2:5

1

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right