İranlı azarkeşlər Ronaldoya yatmağa imkan vermədilər VİDEO

DÇ-2018-in qrup mərhələsinin B qrupunda İran Portuqaliya ilə qarşılaşacaq.

 

Newsport.az xəbər verir ki, iranlı azarkeşlər dünən gecə rəqib komandanın super ulduzu Kriştiano Ronaldonun yatmasına imkan verməyiblər. Belə ki, onlar gecə saatlarında Portuqaliya millisinin qaldığı otelin ətrafında toplaşaraq, Ronaldonu çağırıblar. Səs-küyə dözə bilməyən 33 yaşlı hücumçu otelin pəncərəsinə çıxaraq, azarkeşlərdən sakit olmasını xahiş edib.

 

Qeyd edək ki, İran - Portuqaliya matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Portuqaliyanın 4, İranın isə 3 xalı var.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right