DÇ-2018-də yeni bombardir!

Ingiltərə millisinin hücumçusu Harri Keyn DÇ-2018-in bombardirlər siyahısında vahid liderliyə yüksəlib.

Newsport.az-ın xəbərinə görə, bu gün Panamayla matçda het-trik edən “Tottenhem”li oyunçu vurduğu qolların sayını 5-ə çatdırıb.

Qeyd edək ki, Panama ilə matçda Keyn qollardan ikisini penaltidən vurub, üçüncü qol zamanı isə top onun ayağına (ehtimala görə, oyundankənar vəziyyət zamanı) dəyərək tora daxil olub. Buna baxmayaraq, qol onun adına yazılıb.

Qeyd edək ki, bombardirlər siyahısında sonrakı yerləri hərəyə 4 qol vuran Kritiano Ronaldo (Portuqaliya) və Romelu Lakaku (Belçika) tutur.

Hər üç futbolçu bütün qolları 2 oyunda vurublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right