Korner.az DÇ-2018İslandiya millisində itki

İslandiya millisinin baş məşqçisi Heymir Hallqrimsson komandanın aparıcı üzvlərindən biri olan Yohan Qudmundssonun zədəsinin son durumu ilə bağlı açıqlama verib.

O deyib ki, 27 yaşlı hücumçu DÇ-2018-in qrup mərhələsinin ikinci turunda Nigeriya ilə oyunu böyük ehtimalla buraxacaq: “Qudmundssonun bu oyuna kimi hazır olacağı gözləmirəm. İlk andan onun sağalma prosesi sürətləndi. Amma sizdən heç nə gizlətməyəcəm. Onun hazır olması sürpriz olacaq. Hazırlıq mərhələsində oyunlarda heyətdə dəyişikliklər etdik. Bir çox oyunçuya şans verdik. Qudmundssonun əvəzinə kim oynasa, əlindən gələni edəcək. Sistemi dəyişdirməyə ehtiyac yoxdur”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right