Argentina millisində narazılıq: Baş məşqçi getsin

Argentina millisinin futbolçuları baş məşqçi Xorxe Sampaolidən narazıdır.

Newsport.az-ın məlumatına görə, komanda üzvləri DÇ-2018-in 3-cü turunda Nigeriya ilə keçiriləcək oyunda yığmaya Sampaolinin rəhbərlik etməsini istəmirlər. Futbolçular köməkçi məşqçilərdən birinin onu əvəzləməsini federasiyadan xahiş ediblər.

İlk turda İslandiya ilə heç-heçə edən Argentina millisi son oyunda Xorvatiyaya 0:3 hesabı ilə uduzub. 1 xalla qrupda 3-cü olan komanda iyunun 26-da Nigeriya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right