"O an göyün yeddinci qatında idik" - Yoahim Löv

"Qol buraxdıqdan sonra özümüzü itirmədik.İstəyirdik ki, rəqib yorulsun və boşluqlar buraxsın. Taktikamız işə yaradı".

Newsport.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu  sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in qrup mərhələsində İsveçə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"İkinci hissədə çox güclü təzyiq var idi. Düzdür, iki real qol epizodunu qaçırdıq, amma komanda ruhunu qeyd etmək lazımdır. Bir az da olsun, ümidimizi itirmədik" - deyə o bildirib.

Təcrübəli mütəxəssis qələbəni meydançada qeyd etdikləri üçün İsveç millisinin baş məşqçisi Yanne Anderssonun etdiyi narazılığa da münasibət bildirib: "Qoldan sonrakı sevincimizdən rəqib komanda razı deyilmiş. Bunu eşitmək qəribədir. Qələbə qolunu vurduğumuz üçün sevinmişdik. O an göyün yeddinci qatında idik. Kimsəyə qarşı xüsusi hərəkət etmədik".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right