Braziliya millisində iki ciddi itki

Braziliya millisinin futbolçuları Danilo və Duqlas Kosta DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Serbiya ilə oyunu buraxacaqlar.

Newsport.az-ın məlumatına görə, buna səbəb hər iki oyunçunun zədəli olmasıdır. Məlumatı yığmanın həkimi Rodriqo Lasmar təsdiqləyib. O deyib ki, Danilo və D.Kostanın tez bir zamanda sağalması üçün çalışacaqlar.

Qeyd edək ki, Serbiya - Braziliya görüşü iyunun 27-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right