"Qəbələ" günü bir məşqlə başa vurdu

“Qəbələ” Sloveniyada təşkil olunan təlim-məşq toplanışını davam etdirir.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” hazırlıq prosesinin 3-cü gününü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında gerçəkləşən məşqdə futbolçular öncə fiziki təmrinləri yerinə yetiriblər. Ardınca komanda toplu çalışmaları icra edib.

Xatırladaq ki, “Qəbələ” bu gün toplanış çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Komanda Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right