"Real"dan 14 milyon avroluq transfer

"Real" heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az-ın məlumatına görə, Madrid klubu Ukraynanın "Zarya" klubunun qapıçısı Andrey Lunini transfer edib. "Kral klubu" bu keçid üçün qarşı tərəfə 14 milyon avro ödəyib. 19 yaşlı qapıçı ilə 6 illik müqavilə imzalanıb. "Real" ukraynalı əlcək sahibini yeni mövsüm üçün icarəyə verəcək.

Qeyd edək ki, Lunin bu il Ukrayna yığmasında debüt edib. Gənc qapıçı ötən mövsüm 36 oyundan sonra qapısında 54 qol görüb, 10 matçda qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right