Sampaoli: "Ən yaxşı komandanı formalaşdıra bilmədik"

"Məğlubiyyətin yeganə günahkarı mənəm. Taktiki sxemi daha fərqli qura bilərdim. Məğlubiyyətə görə Vili Kabalyeronu günahlandırmaq düzgün olmaz. Oyun planım işə yaramadı. Messini topla təmin etmək istəsək də, alnmadı. Rəqibimiz də bunun qarşısını alırdı. Düzgün əlaqə qura bilmədik. İlk qoldan sonra komanda ruhdan düşdü. Bütün Argentina xalqından üzr istəyirəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri DÇ-2018-in qrup mərhələsinin ikinci turunda Xorvatiyaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli deyib. Sampaoli bildirib ki, mundial üçün yaxşı komanda formalaşdıra bilməyiblər:

"Argentinanın heyəti Lionel Messinin parlaq oyununa kölgə salır. Buna görə də indi Ronaldo və Messi müqayisəsini etməməliyik. Komanda ideal səviyyəyə çatmadığı üçün Messi limitli oynayır. Messi ilə birgə çıxış edə biləcək ən yaxşı komandanı formalaşdıra bilmədik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right