Salah Rusiyaya məğlubiyyətdən danışdı

Misir millisinin hücumçusu Məhəmməd Salah DÇ-2018-in qrup mərhələsinin 2-ci turunda Rusiyaya 1:3 hesabı ilə uduzduqları oyundan danışıb.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı futbolçu matçı pis keçirmədiklərini bildirib. O, yalnız ilk 2 qolu buraxdıqları epizodlarda səhvə yol verdiklərini söyləyib:

“Biz yalnız qolları buraxdığımız 12 dəqiqə ərzində səhvlərə yol verdik. Sonradan isə mümkün olan hər şeyi etdik, qol vurduq və sona kimi mübarizə apardıq”.

3-cü turda Səudiyyə Ərəbistanı ilə keçirililəcək oyun haqda da fikirlərini açıqlayan Salah Misir futbolunun şərəfi üçün oynanamalı olduqlarını vurğulayıb: “Səudiyyə ərəbistanı ilə matçda Misir futbolunun nüfuzu və şərəfi üçün mübarizə aparmalıyıq. Yığmanı təndiq etməli deyil, hamımız onu dəstəkləməliyik”.

Qeyd edək ki, qrupun ilk oyununda Uruqvaya (0:1), ikinci görüşdə isə Rusiyaya uduzan Misir millisi üçün dünya çempionatı böyük ölçüdə başa çatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right