DÇ-2018: Seneqal və Yaponiya millisinin azarkeşlərindən nümunəvi addım FOTO

DÇ-2018-i izləmək üçün Rusiyada olan Seneqal millisinin azarkeşləri nümunəvi hərəkətləri ilə diqqət çəkiblər.

Newsport.az-ın məlumatına görə, tərəfdarlar Polşa ilə oyundan (2:1) sonra öz istəkləri ilə stadionda zibillədikləri yerləri təmizləyiblər. Eyni addımı Kolumbiya üzərində 2:1 hesablı qələbə qazandıqları görüşdən sonra Yaponiya millisinin azarkeşləri də atıblar.

Qeyd edək ki, hər iki oyun H qrupunda olub. Polşa – Seneqal matçı Moskvada, Kolumbiya – Yaponiya qarşılaşması isə Saranskda keçirilib. 2-ci turda məhz bu iki komanda – Seneqal və Yaponiya yığmaları üz-üzə gələcəklər.

Yapon azarkeşlər
 

 



Seneqallı azarkeşlər

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right