DÇ-2018:İspaniyadan qələbə, Uruqvay və Rusiya 1/8 finalda Yenilənib

Bu gün Rusiyada keçirilən dünya çempionatında daha 3 görüş keçirilib. 

Newsport.az-ın məlumatına görə, baş tutacaq oyunlardan sonra A və B qruplarında ikinci tura yekun vurulacaq.

B qrupunun ilk matçında Portuqaliya Mərakeşlə üz-üzə gəlib. İlk görüşdə Kriştiano Ronaldonun het-triki sayəsində İspaniya ilə bərabərə qalan Portuqaliya yığması mundialda ilk qələbəsini qazanıb.

Qrupun digər matçında İran və İspaniya üz-üzə gəlirb. Görüşün aşkar favoriti İspaniya 1:0 hesabı ilə qalib gəlib. 

A qrupunda isə Uruqvay millisi qrupun autsayderi hesab olunan, ilk turda Rusiyaya 0:5 hesabı ilə uduzan Səudiyyə Ərəbistanı yığmasını sınağa çəkib. Cənubi Amerika təmsilçisi 1:0 hesabı ilə qalib gələrək Rusiya millisi ilə birgə son turun nəticəsindən asılı olmayaraq 1/8 finala adlayıb. A qrupunun birincisi B qrupunun ikincisi ilə, A qrupunun ikincisi B qrupunun birincisi ilə qarşılaşacaq.  
DÇ-2018

II tur

20 iyun

B qrupu

22:00. İran - İspaniya - 0:1 
Qol: 
Kosta, 54
Baş hakim: Andres Kunya
Kazan. “Kazan Arena”


16:00. Portuqaliya - Mərakeş - 1:0 
Qol:
 Ronaldo, 4
Baş hakim: Mark Giger (ABŞ)

Moskva. “Lujniki stadionu”



1.

İspaniya

2

1

1

0

4:3

4

   

2.

Portuqaliya

2

1

1

0

4:3

4

   

3.

İran

2

1

0

1

1:1

3

   

4.

Mərakeş

2

0

0

2

0:2

0

 



A qrupu

19:00. Uruqvay - Səudiyyə Ərəbistanı - 1:0 
Qol: 
Suares, 22
Baş hakim: Kleman Tyurpen
Rostov. “Rostov Arena”

19 iyun

Rusiya - Misir 3:1


 

1.

Rusiya

2

2

0

0

8:1

6

2.

Uruqvay

2

2

0

0

2:0

6

3.

Misir

2

0

0

2

1:4

0

4.

Səudiyyə Ərəbistanı

2

0

0

2

0:6

0


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right