İngilis azarkeşlər xuliqanlıq etdilər Həbs olundular

İngiltərə yığmasının 2 azarkeşi xuliqanlıq etdikləri üçün Rusiyada həbs olunublar.

Newsport.az-ın məlumatına görə, sərxoş vəziyyətdə olan azarkeşlər Moskva-Volqoqrad qatarında xuliqanlıq edərək, ictimai asayişi pozublar. Onlar qatarın şüşəsini də sındırıblar.

Azarkeşlərdən biri şüşəni sındırarkən əlindən zədə də alıb. Qatarın əməkdaşları ingilisləri sakitləşdirməyin mümkün olmadığını görüb, polis çağırmalı olublar. Hadisə yerinə gələn polis xuliqanları həbs edib.

Məsələ ilə bağlı Britaniyanın Rusiyadakı səfirliyi məlumatlandırılıb.

Xuliqan azarkeşlərin 15 gün müddətinə həbs cəzasına məruz qalacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right