Samet Aybaba millimizin üzvü ilə bağlı qərar verdi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Ozan Can Kökçü karyerasını Türkiyənin “Bursaspor” klubunda davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Samet Aybaba rəhbərliyi altında görmək istəmədiyi futbolçuların adını açıqlayıb. 

Məşhur məşqçi Dzon Delarqe, Xires Kembo-Ekoko, Coşua  Con və Sərcan Yıldırımı yeni mövsüm öncəsi Afyon və Avstraliyada baş tutacaq təlim-məşq toplanışına aparmayacaq. Digər futbolçular isə komandanın düşərgəsində olacaqlar. Bu da, ötən mövsümün bir hissəsini icarə əsasında Hollandiyanın “Valveyk” klubunda keçirən gənc futbolçunun komandada qalacağı deməkdir. 

21 yaşlı futbolçunun “Bursaspor”la 2021-ci ilin yayına qədər müqaviləsi var. O, ötən mövsümün əvvəlində komandaya cəlb olunsa da, özünü doğrulda bilməyib. 

Qeyd edək ki, “Bursaspor” yeni mövsümün hazırlıqlarına iyunun 27-də başlayacaq.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right