Harri Keyn: "Bu oyundakı performansımızdan qürur duyuruq"

DÇ-2018-in G qrupunda qərarlaşan İngiltərə millisi ilk turda Tunis üzərində 2:1 hesablı qələbə qazanıb.

Newsport.az-ın məlumatına görə, oyundan sonra matçda dubla edən kapitan Harri Keyn oyunla bağlı fikirlərini bölüşüb:

"Əlimdən gələni etdim. Çox çalışdıq, meydanda bütünü gücümüzü ortaya qoyduq. Çoxlu künc zərbəsi yerinə yetirdik və bu vəziyyətlərdən yararlanmağa çalışdıq. Ən sonda ədalət öz yerini tapdı. Son dəqiqələrdə olsa da, qələbə topunu vurduq. Bu oyundakı performansımızdan qürur duyuruq. Biz ulduz futbolçularıq və üzərimizə düşəni etməliyik. Gənc komanda olsaq da, əlimizdən gələni edəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right