Maradona Sampaolini yıxıb-sürüdü: "Oyun planı təmiz rüsvayçılıq idi"

Argentina milli komandasının əfsanəvi futbolçusu Dieqo Maradona açıqlama verib.

Newsport.az-ın məlumatına görə, veteran futbolçu DÇ-2018-in qrup mərhələsinin İslandiyaya qarşı ilk matçında 1:1 hesablı heç-heçə edən Argentinanın baş məşqçisi Xorxe Sampaolini sərt şəkildə tənqid edib:

"Əgər Argentina bu taktika ilə oynamağa davam etsə, Sampaoli ölkəyə qayıda bilməyəcək. Onun oyun planı təmiz rüsvayçılıq idi. Rəqib futbolçular hündürboy idilər, ancaq künc zərbələrində top cərimə meydançasına doğru ötürüldü. Belə oyun olmaz, biabırçılıqdır. Mən futbolçuları günahlandırmıram. Günah məşqçidədir. İslandiya meydanda daha hazırlıqlı görünürdü. Bu da məni məyus edirdi".

Argentina qrupun ikinci matçında Xorvatiya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right