Mundialın oyunlarını türmədən şərh edəcək

Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva ölkəsini milli komandasının oyununu türmədən şərh edəcək.
 
Newsport.az-ın məlumatına görə, korrupsiyada günahkar bildindiyi üçün 12 il müddətinə azadlıqdan məhrum edilən keçmiş dövlət başçısı yerli TVT kanalı üçün çalışacaq. Onun matç zamanı yazılı şəkildə göndərəcəyi fikirləri tamaşaçılara oxunacaq.
 
Qeyd edək ki, Braziliya millisi ilk oyununu iyunun 17-də İsveçrə yığmasına qarşı keçirəcək. Luis İnasiu Lula da Silva Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüş zamanı iş başında olacaq.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right