"Messinin vurduğu penaltilərə çox baxmışdım" Hannes Halldorsson

İslandiya millisinin qapıçısı Hannes Halldorsson DÇ-2018-in qrup mərhələsinin ilk turunda Argentina ilə oyunu (1:1) şərh edib.

Newsport.az-ın məlumatına görə, rəqib komandanın kapitanı Lionel Messinin penalti zərbəsini dəf edən qolkiper deyib:

"Bu, çox həyəcanlı an idi. Matçdan əvvəl gərgin idim. Çünki dünyanın, bəlkə də futbol tarixinin ən yaxşı oyunçusuna qarşı oynayacaqdım. Penaltini dəf etdiyim üçün sevinirəm. Messinin penalti vurduğu videolara çox baxmışdım. Ümumiyyətlə, onun topu hara vuracağını bilmək çətindir. Çünki Messi penaltiləri cürbəcür vurur. Amma mən zərbədən əvvəl onun hara vuracağını hiss etdim və topu qaytara bildim".

Qeyd edək ki, L.Messi 64-cü dəqiqədə penaltini boşa verib.  H. Halldorsson Messinin zərbəsini dəf edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right