"Penaltini vura bilmədiyim üçün təəssüflənirəm" - Messi

"Meydana qələbə üçün çıxmışdıq. İlk qolu vurduq. Ancaq İslandiya hesabı bərabərləşdirdikdən oyun dəyişdi. Rəqib müdafiədə çox yaxşı idi. Buna görə boşluqlar tapa bilmədik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi İslandiya ilə oyunu (1:1) şərh edərkən deyib.

Penaltini düzgün yerinə yetirə bilməyən 30 oyunçu bildirib: "Qol vurmaq üçün şansımız var idi, ancaq mən ondan istifadə edə bilmədim. Buna görə təəssüflənirəm. Qələbəyə layiq idik. Amma bu, dünya çempionatıdır. Burada heç kəs asan təslim olmur. İndi növbəti matçı düşünməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right