Peru - Danimarka matçının ən yaxşısı

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Peru - Danimarka matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın ən yaxşısı Danimarka yığmasının hücumçusu Yussuf Poulsen seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Danimarka yığması bu oyunda 1:0 hesabıyla qalib gəlib. Komandasının yeganə qolunu da məhz “Yurari” ləqəbli Poulsen vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right