Argentina millisində yeni rekordçu

Futbol üzrə Argentina yığmasının bu gün Rusiyadakı dünya çempionatı çərçivəsində İslandiyaya qarşı oyununda yeni rekord qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, argentinalıların heyətində Xavyer Maskerano start heyətdə meydana çıxmaqla ölkəsinin yığma komandasında ən çox oyun keçirmiş futbolçuya çevrilib. Bu oyun “Barselona”nın yarımmüdafiəçisi üçün Argentina yığmasının heyətində 144-cü olub.

Maskerano bu göstəricidə həmyerlisi, Milan “İnter”inin sabiq futbolçusu Xavyer Zanettini geridə qoyub.

Qeyd edək ki, Argentina - İslandiya matçında qalib müəyyənləşməyib – 1:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right