Didye Deşam: "Oyunun tempini artıra bilmirdik"

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2018-in qrup mərhələsinin ilk turunda Avstraliyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

Newsport.az-ın xəbərinə görə, 49 yaşlı mütəxəssis asan qələbə qazanmadıqlarını dilə gətirib:

"Asan olmadı, ancaq ilk oyunda qalib gəlmək vacib idi. Rəqib işimizi çox çətinləşdirdi. Komplekt şəkildə oynadılar. Oyunun tempini artıra bilmirdik. Qapımız ağzında təhlükəli epizod olmadı. Qapımıza zərbə vurmağa çətinlik çəkirdilər. Oyunun sonlarında bir neçə şansımız oldu. Biz daha yaxşı çıxış edə bilərik. Hətta daha yaxşı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right