"Heç-heçə ədalətli nəticədir" - Ronaldo

DÇ-2018-in qrup mərhələsində İspaniyaya qarşı oyunda het-trik edərək, komandasına bir xal qazandıran Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo matçla bağlı danışıb.

Newsport.az-ın məlumatına görə, matçın ən yaxşı futbolçusu seçilən 33 yaşlı futbolçu nəticəni ədalətli hesab edib: "Mən hər zaman özümə inandım, bunun üçün çalışıram. Məğlubiyyətlə barışmadıq, sona qədər savaşdıq. Çox xoşbəxtəm. Gözəl çıxış etdik. Hesabda geri düşsək də, oyun planımızı itirmədik. Heç-heçə ədalətli nəticədir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right