"Ronaldo kimi futbolçular meydanda varsa, belə hallar yaşana bilər" Fernando Yerro

DÇ-2018-in B qrupunun ilk turunda İspaniya millisi Portuqaliya ilə qarşılaşıb və 3:3 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, yığmanı ilk dəfə oyuna çıxaran yeni baş məşqçi Fernando Yerro açıqlama verib. 50 yaşlı mütəxəssis komandadan razı olduğunu deyib: "Komandadan çox məmnunam. Ronaldo kimi futbolçular meydanda varsa, belə hallar yaşana bilər. Ancaq komandamız yaxşı oyun sərgilədi. Dieqo Kostadan da çox razı qaldım. Son iki ildə inkişaf edən yığmaya qarşı yaxşı çıxış etdik. Buna görə də nəticə ilə öyünmək olar".

 Yerro oyunda ciddi səhvə yol verən qapıçı David De Xeadan da danışıb: "Biz bir ailəyik. Hansısa futbolçunu kənara qoymaq olmaz. Kosta bu matçda iki qol vurdu. Ancaq nəticə komanda adına yazılır. Nəticədə 23 futbolçunun əməyi var. Julen Lopeteqi bizə yaxşı komanda təhvil verib. Mənim isə vaxtım çox azdır. İllik plan lazımdır. Qısa müddətdə onlara istədiklərimi aşılaya bilmərəm. Ancaq futbolçular da sağ olsunlar, işimi yüngülləşdirirlər".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right