La Liqa klubu yığma üzvü ilə gücləndi

İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Türkiyə yığmasının və “Trabzonspor”un yarımmüdafiəçisi Okan Yokuşlunu heyətinə qatan La Liqa təmsilçisinin budəfəki transferi meksikalı Nestor Arauxo olub.

O, ölkəsinin “Santos Laquna” klubundan transfer edilib. Meksika yığmasının üzvü yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

26 yaşlı müdafiəçi Meksikanın “Krus Asul” klubunun yetirməsidi. O, “Santos Laquna”da 2013-cü ildən etibarən çıxış edirdi. Arauxo Meksika millisində 27 oyun keçirib.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right