Sehiç problemlə üzləşdi: "Bu transferin baş tutmasına razı olmayan şəxslər var"

"Sehiç bizim şirkətə məxsus oyunçudu. Futbolçunun bir neçə meneceri ola bilməz. Biz heç bir menecerə Sehiçlə bağlı danışıq apamağa səlahiyyət verməmişik. Şirkətimiz "Ərzurumspor"la danışıqları davam etdirir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"dan ayrılan İbrahim Sehiçin meneceri Fatih İlek deyib.  

O, Bosniya və Herseqovina millisinin üzvünün "Ərzurumspor"a keçidinin gecikməsinin səbəblərini açıqlayıb.  Menecerin bildirdiyinə görə, anlaşmanın baş tutmasına qarşı olan şəxslər var: "Sehiç karyerasında yeni həyəcan axtarır. Ancaq bunun baş tutmasına razı olmayan şəxslər var. Biz "Ərzurumspor"a məbləğ demişik. Kim isə Sehiçin həmin qiymətin yarısına oynamağa hazır olduğunu kluba bildirib. "Ərzurumspor"la danışıqlarımız davam edir. Bayramdan sonra hər şeyə aydınlıq gələcək". 

Qeyd edək ki, "Ərzurumspor" Sehiçə ildə 550 min avro ödəməyə hazırdı. Təcrübəli qolkiper klubdan ildə 750 min avro tələb edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right