"Real" 45 milyona 17 yaşlı futbolçu transfer etdi

Madridin "Real" klubu daha bir gənc futbolçunun keçidini həll edib.

Newsport.az-ın məlumatına görə, "kral klubu" Braziliyanın "Santos" klubunda forma geyinən Rodriqonun transferini həyata keçirib. 

Madrid klubu 17 yaşlı futbolçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.  O, "Real"ın U-18 komandasında çıxış edəcək və 2019/20 mövsümündə əsas komandaya cəlb olunacaq. "Real" Braziliya millisinin gənc hücumçusuna görə "Santos"a 45 milyon avo ödəyib. 

Qeyd edək ki, Rodriqo "Yeni Neymar" ləqəbi ilə tanınır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right