Uruqvay və İrandan qələbə, Portuqaliya İspaniya ilə heç-heçə etdi Yenilənib

Rusiyada start götürən dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək. 
 
Newsport.az-ın məlumatına görə, əvvəlcə A qrupunun Misir - Uruqvay qarşılaşması start götürəcək. Yekaterinburqda təşkil olunacaq matçı hollandiyalı Byorn Kuypers idarə edəcək. Bu görüşdə Misir yığmasının heyətində Məhəmməd Salahın çıxış edib-etməyəcəyi maraq doğurur. Çempionlar Liqasının finalında İspaniya "Real Madrid"i ilə oyunda zədələnən İngiltərə "Liverpul"unun yarımmüdafiəçisinin bugünkü oyuna hazır olduğu bildirilir. Lakin hələlik bu xəbər rəsmən təsdiqlənməyib.   
 
Qrupun ilk oyununda Rusiya Səudiyyə Ərəbistanını darmadağın edib - 5:0. 
 
Günün daha 2 oyunu B qrupuna təsadüf edəcək. Sankt Peterburqda Mərakeş İranla üz-üzə gələcək. Görüşü türkiyəli referi Cüneyt Çakır idarə edəcək. Günə qrupun digər qarşılaşması olan Portuqaliya - İspaniya matçı ilə yekun vurulacaq. Portuqaliya 2016-cı il Avropa, İspaniya isə 2010-cu il dünya, 2008 və 2012-ci il Avropa çempionatının qalibi olub. İspaniya bu görüşə yeni baş məşqçi ilə çıxacaq. "Real Madrid"ə baş məşqçi təyin olunduqdan sonra millidən qovulan Xulen Lopeteginin əvəzinə yığmanı meydana Fernando Yerro çıxaracaq. Matçı isə italiyalı Canluka Rokki idarə edəcək. 
 
115 iyun


DÇ-2018

B qrupu

22:00. Portuqaliya - İspaniya - 3:3 
Qollar: 
Ronaldo, 4-pen (1:0), Dieqo Kosta, 23 (1:1), Ronaldo, 44 (2:1), Dieqo Kosta, 55 (2:2), Naço, 58 (2:3), Ronaldo, 88 (3:3)
Baş hakim: Canluka Rokki (İtaliya)
Soçi, "Fişt" stadionu


19:00. Mərakeş - İran - 0:1 
Qol: 
Aziz Buhadduz, 90+5-avtoqol
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
"Sankt-Peterburq" stadionu



A qrupu

16:00. Misir - Uruqvay - 0:1
Qol:
 Xose Ximenes, 90
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Yekaterinburq, Mərkəzi stadion 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right