Stanislav Çerçesov: "İlk addımı atmışıq"

Dünya çempionatının açılış matçında Rusiya Səudiyyə Ərəbistanını məğlub edib - 5:0.

Newsport.az-ın məlumatına görə, matçdan sonra Rusiya yığmasının çalışdırıcısı Stanislav Çerçesov fikirlərini bölüşüb:

 “Dünən keçirilən mətbuat konfransında bildirmişdim ki, indiyədək sözlə kimsə kiməsə qalib gəlməyib. Bu gün işimizlə sübut etdik ki, mundiala layiqli şəkildə ev sahibliyi etmək istəyirik. Uşaqlara minnətdaram. Onlar planlaşdırdıqlarımızı yerinə yetirdilər. Artıq ilk addımı atmışıq. Sırada daha güclü Misir var. Məhəmməd Salahın bizə qarşı oynayıb-oynamayacağını bilmirik. Amma o, olmasa da, Misir hörmətəlayiq komandadır. Sadəcə, Salahla daha güclüdürlər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right