"Rusiyanın heyrətləndirəcək nəsə etdiyini söyləyə bilmərəm" Antonio Pitsi

Səudiyyə Ərəbistanı millisi dünya çempionatının açılış matçında turnirin ev sahibi olan Rusiyaya 0:5 hesabı ilə uduzdu.

Newsport.az-ın məlumatına görə, matçdan sonra Asiya təmsilçinin argentinalı baş məşqçisi Antonio Pitsi məğlubiyyəti şərh edib:

"Çətin oyun oldu. Ağır və gözləmədiyimiz məğlubiyyəti aldıq. Rusiyanın heyrətləndirəcək nəsə etdiyini söyləyə bilmərəm. Bu hesabı ancaq zəif çıxışımıza bağlayıram. Rusiyanın yaxşı, bizim pis günümüz idi. Bunu unutmalıyıq və növbəti görüşləri fikirləşməliyik. Futbolçularıma güvənirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right