Neymar 2014-cü ili unutmayıb: "Bu dəfə əsl intiqam matçı olacaq"

Braziliya millisinin futbolçusu Neymar 2014-cü il dünya çempionatının yarımfinalında Almaniyaya 1:7 hesabı ilə uduzduqları oyun haqda danışıb.

Newsport.az-ın məlumatına görə, zədə səbəbindən həmin qarşılaşmanı buraxan PSJ-nin hücumçusu Almaniya mətbuatına açıqlama verib. O, özünün oynayacağı halda hesabın fərqli ola biləcəyini qeyd edib:

"Mənim də meydanda olacağım şəkildə o matçın yenidən oynanılmasını çox istəyərəm. Əgər mən olsaydım, həmin oyun fərqli bitərdi. Buna əminəm.Qismət belədi və mən qəbul etdim. Yenə də mənim üçün bunu qəbul etmək çox çətin idi".

Neymar DÇ-2018-də ALmaniya ilə qarşılaşmaq və qisas almaq istədiyini də bildirib:

"Bütün braziliyalılar üçün böyük bir faciə idi. Mənim üçün də həmçinin. Hamımız məhv olmuşduq, utanmışdıq. Ölkəmizdəki uğur gözləntisi və təzyiqi də bir insanın daşıya biləcəyindən çox idi. Fəqət Almaniya da möhtəşəm komanda idi. Yenidən onlarla qarşılaşmaq istəyərəm. Bu dəfə əsl intiqam matçı olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right