Salah Uruqvayla oyuna hazırdır baş məşqçi açıqladı

“Liverpul”un hücumçusu Məhəmməd Salah Misir millisinin DÇ-2018-in ilk oyununda Uruqvayla keçirəcəyi görüşdə meydana çıxa biləcək.

Newsport.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Ektor Kuper məlumat verib. Oyun öncəsi mətbuat konfransında ulduz futbolçunun durumu ilə bağlı da danışan mütəxəssis onun ilk oyuna 100 faiz hazır olduğunu bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının finalında “Real”la matçda çiynindən zədələnən Salah dünən komanda ilə məşqlərə başlayıb. A qrupunda yer alan Misir və Uruqvay millilərinin görüşü sabah keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right