"Neftçi" ilə danışıqlar apardı, Səudiyyə Ərəbistanı klubu ilə anlaşdı

"Neftçi" ilə danışıqlar aparan, lakin anlaşa bilməyən rumıniyalı məşqçi Marius Şumuditsanın yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis Səudiyyə Ərəsbistanında çalışacaq. Son olaraq "Kayserispor"da işləyən Şumuditsa "Əl-Şabab" klubu ilə müqavilə bağlayıb. Tərəflər arasında iki illik sözləşmə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm Şumuditsanın rəhbərliyi altında "Kayserispor" Super Liqada 9-cu yeri tutumuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right