Bundesliqada klubunu dəyişdi: Tərəflər arasında 4 illik müqavilə

Geridə qalan mövsümdə Almaniya Bundesliqasında bürünc medallara sahib çıxaraq Çempionlar Liqasında oynamaq hüququ qazanan “Hoffenhaym” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, sözügedən klub Münhenqladbax “Borussiya”sından yarımmüdafiəçi Vinçentso Qrifonu transfer edib.

Bu barədə onun yeni klubu məlumat yayıb. Tərəflər arasında 4 illik müqavilə imzalanıb. İtaliyalı futbolçu əvvəllər də “Hoffenhaym”da çıxış edib.

O, 2012-ci ildən 2014-cü ilə qədər bu klubun şərəfini qoruyub. Son mövsümdə isə o, “Borussiya”nın heyətində 18 matça çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right