ŞOK QƏRAR: DÇ-nın startına bir gün qalmış İspaniyanın baş məşqçisi qovuldu

Ötən gün "Real"la anlaşdığı açıqlanan İspaniya millisinin baş məşqçisi Julen Lopeteqinin bu addımını federasiya müsbət qarşılamayıb.

Newsport.az-ın məlumatına görə, mundiala bir gün qalmış millinin daxilində vəziyyət dəyişib. Federasiya rəhbəri Luis Rubiales Lopeteqini vəzifəsindən uzaqlaşdırılmasına qərar verib. Lopeteqi dünya çempionatında yığmanın "sükanı arxası"nda olmayacaq.

İspaniya mundialda Portuqaliya, Mərakeş və İranla B qrupunda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right