"Real Madrid"dən 2 milyon avroluq təzminat

"Real" yeni baş məşqçisi Xulen Lopeteqi üçün İspaniya Futbol Federasiyasına təzminat ödəyəcək.

Newsport.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssislə vaxtından əvvəl müqaviləyə xitam veriləcəyi üçün federasiya Madrid klubundan 2 milyon avro alacaq. Bununla bağlı X.Lopeteqinin müqaviləsində qeyd olunub.

Qeyd edək ki, hazırda İspaniya millisinin baş məşqçisi olan X.Lopeteqi DÇ-2018-dən sonra "Real"ı çalışdıracaq.

Xatırladaq ki,  X.Lopeteqi ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right