Zlatan İbrahimoviç: "Dünya çempionatını mənsiz izləməyə dəyməz

Dünya çempionatının açılışına gələn İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç jurnalistlərə müsahibə verib.

Newsport.az xəbər verir ki, 36 yaşlı futbolçu dünya çempionatını İbrahimoviç olmadan maraqsız olduğunu qeyd edib.

- Dünya çempionatında çıxış etməmək necə hissdir?
- Milli komandada olmaycağım bəlli idi. Dörd il əvvəl söyləmişdim, indi də deyirəm: dünya çempionatını mənsiz izləməyə dəyməz! Bunu səmimi şəkildə söyləyirəm.

- Favoritiniz hansı komandadır?
- Məncə, Almaniya, İspaniya, Braziliya və təbii ki, İsveç favoritdir. Bundan əlavə, iddialı olmadıqlarını söyləsələr də, Argentina da favorit qismindədir.

- Hansı gənc futbolçunun ulduzu parlayacaq?
- Pol Poqbanın istedadlı futbolçu olduğu aşkardır. Kilian Mbappe zirvəyə çatmaq üçün xüsusi güc sərf edəcək.

- Ən bəyəndiyiniz futbolçular kimdir?
- Unutmayın, futbol komanda oyunudur. Neymar zədədən ac dönəcək. Messi haqda düşüncələrim açıqdır, o, ən yaxşı futbolçudur və bütün komanda onun ardınca gedəcək. Kriştiano Ronaldo da eyni şəkildə. Futbolçular uzun müddət liqalarında çıxış etdilər. İndi onların necə formada olduqlarını görməliyik. Əgər 100 faiz hazır deyilsənsə, istedadlı olmağın mənasızdır.

- Futbolçu olmaq arzun nə vaxtdan başlayıb?
- İsveç 1994-cü ildə DÇ-də 3-cü olmuşdu. Elə o zamanlar dünyanı fəth edəcəyimi və ələ alacağımı bilirdim. Həmin zaman futbolçu deyildim





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right